Sitat.info xəbər portalı fəaliyyətə başladı - FOTO
21:35 / 25.01.2022
2355
Azərbaycan media məkanında yeni informasiya portalı fəaliyyətə başlayır.
"Sitat.info" adlı saytın təsisçisi və baş redaktoru aparıcı, jurnalist Nərgiz Liftiyevadır.
Günün ən vacib xəbərlərini, gündəmin əsas hadisələrini oxuculara çatdıracaq saytda təhlil materialları, analitik yazılar yer alacaq.
Eyni zamanda "Sitat.info" saytı multimedia imkanları ilə də izləyənlərə faydalı olacaq.
Qeyd edək ki, Nərgiz Liftiyeva bir neçə ildir, Yeni Müsavat qəzetinin müxbiri və TV Müsavat-ın aparıcısı idi. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində isə magistr təhsili alıb.