Şirvanda iki bacını bıçaqlayan keçmiş məhkum saxlanılıb

Şirvanda iki bacını bıçaqlayan keçmiş məhkum saxlanılıb
Şirvanda üç ay əvvəl iki bacını bıçaqlayan və adam oğurluğunda ittiham olunan keçmiş məhkum saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu ilin 9 fevral tarixində Şirvan şəhərində ağır cinayət törədərək hüquq-mühafizə orqanlarından gizlənən, əvvəllər məhkum olunmuş 58 yaşlı Şirvan sakini Nəzərov Eyvaz Mehdi oğlu keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, göstərilən tarixdə E. Nəzərov qonşuları – 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. Hadisə zamanı yaralanan hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, daha iki nəfər isə münaqişə zamanı əlindən yüngül bıçaq xəsarətləri alıb. E. Nəzərov eyni zamanda hadisə baş verməzdən öncə adı çəkilən bacılardan birini qaçırıb. Qaçırılan qadın ondan qurtulmaq üçün ailəsi ilə görüşmək bəhanəsi ilə Eyvazın müşayiəti ilə evlərinə gəlib, elə həmin anda da bıçaqlanma hadisəsi baş verib. E. Nəzərova qarşı həmçinin adam oğurluğu maddəsi ilə cinayət işinin açılacağı gözlənilir.
 
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...