Şirkət əməkdaşına xəsarət yetirib 20 min manatı apardılar

Şirkət əməkdaşına xəsarət yetirib 20 min manatı apardılar

Şəkidə sürücüyə xəsarət yetirərək avtomobildən 20 min manat aparılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən yeni sabah-a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus "Ford” markalı avtomobilin "VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin "Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanıb, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR

Binəqədidə qətl törədən şəxs axtarılır

  Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı...

"Bandotdel" ƏMƏLİYYAT keçirib- Silah anbarı aşkarlandı- FOTO

  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İmişli şəhərində əməliyyat keçirib. DİN-dən Sfera.az-a verilən məlumata görə, ...

Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər

  Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əm...

"Lotu Quli”nin adamları belə saxlanıldı - FOTOLAR

 Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada vətəndaşları dəhşətə gətirən və bölgədəki sahibkarları qorxu içində saxlayan "Lotu Quli” kimi tanına...

“15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”

  Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib.  Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaş...

Cəlilabadda karantini pozan kafe aşkarlandı

  Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat X...