Siqaret tüstüsündə koronavirus təhlükəsi - Mütəxəssis AÇIQLADI

Siqaret tüstüsündə koronavirus təhlükəsi - Mütəxəssis AÇIQLADI
 Ailə təbabəti üzrə mütəxəssis professor Dilek Toprak siqaretin nəfəs alınmasından sonra koronavirusun ötürülmə riski olduğunu söyləyib.

Sfera.az xəbər verir ki, mütəxəssis siqaret və tütün asılılığının vacib ictimai sağlamlıq problemi olduğunu və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə dünyada təxminən 7 milyon insanın tütün istifadəsi səbəbilə öldüyünü bildirib. O, tütünün pandemiya zamanı siqaret çəkənlərə həmişə olduğundan daha çox ziyan vurduğunu deyib:

"5 əsas araşdırmanı əhatə edən "Tütün tətbiq olunan xəstəliklərdə" adlı sistemli araşdırmada siqaret çəkənlərdə COVID-19 səbəbilə ağır simptomların yaranma riski çəkməyənlərə nisbətən 1,45 dəfə, reanimasiyada olanlarda isə 2,4 dəfə artdığı ortaya çıxıb. 1099 nəfərin iştirakı ilə Çində aparılan geniş araşdırmada, 1,3 faizinin siqaret çəkməyi tərgidənlər və 1,8 faizinin isə yüksək aludəçisi olduğu da daxil olmaqla bu xəstələrin 173 nəfərinin ağır vəziyyətdə olduğu bildirilib. Reanimasiyaya yatırılan və ya ölənlərin 25,5 faizinin aktiv siqaret çəkənlər, 7,6 faizinin isə siqareti buraxanlar olduğu müəyyən edilib. Yüngül xəstəlikləri olan insanlarda aktiv siqaret çəkmə nisbəti yalnız bir faizdir. Bununla da siqaret çəkən koronavirus xəstələrinin çəkməyənlərə nisbətən daha ciddi əziyyət çəkdiklərini söyləmək olar".

Dilek Toprak siqaretin ağciyəri qoruyan və nəfəs almağa imkan verən səthi aktivant zülalına və immun hüceyrələrə təsir etdiyini, təsirə məruz qalan toxunulmazlıq elementlərindən biri olan tənəffüs yollarının siliyer epiteliyində dəyişikliklərin olduğunu qeyd edib. Ağciyərlərin uzun müddət siqaret tüstüsünə məruz qalması səbəbindən tutumun azaldığını deyən həkim, onun havadan oksigen ala biləcək qədər sahəyə sahib olmadığını bildirib.

"Bu, onun əsas vəzifəsidir. Bədənin tələb etdiyi oksigeni təmin edə bilmir və ya oksigeni təmin etmək üçün daha çox səy göstərmək gücündə olmur. Normaldan daha az tutarlılığa sahib olur, bu da nəfəs yollarına təsir edir və infeksiyaya zəmin yaradır. Siqaret çəkən COVID-19 xəstələrində ürək və xərçəng kimi xəstəliklər olduqda, bunlarla əlaqəli əlverişsiz hallar daha çox müşahidə olunur". (publika.az)

OXŞAR XƏBƏRLƏR

Baş ağrısını anında yox edən İNANILMAZ ÜSUL - Dərmansız, iynəsiz...

 Baş ağrısı insanlar arasında geniş yayılmış şikayətlərdən biridir. Sfera.az xəbər verir ki, baş ağrıları əksər hallarda stress, uzun müddət oturaq v...

Yuxunu pozan qidalar

 İspan dietoloqları sağlam yuxuya mane olan qidaların adlarını açıqlayıblar. Sfera.az bildirir ki, mütəxəssislərin fikrincə, şam yeməyində pendir, qı...

Beyinin dərmanı super bitki - İnsultdan, demensiyadan qoruyur

 Bu möcüzəvi bitki bir çox xəstəliklərin əlacıdır. Onun qurudulmuş yarpaqlarından hazırlanmış preparatları, çayları apteklərdən əldə etmək mümkündür. ...

Bir çox xəstəliklərin DƏRMANI: Müntəzəm olaraq istifadə edildiyində...

 Kokos çox faydalı və müalicəvi məhsuldur. Sfera.az xəbər verir ki, kokos palmasının toxumudur, B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis...

Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ

 Üzərlik otundan hələ qədim zamanlardan həm fiziki, həm də ruhi xəstəliklərin müalicəsində istifadə olunub. Bu şəfalı bitkidən başda tənəffüs yolları xəstə...

İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - METOD

 Çayın saxta olub-olmadığını necə anlamaq olar? Bu mümkündürmü? Sfera.az bildirir ki, türk mütəxəssis Osman Baykal saxta çayı aşkarlamağın ən səmərəl...