Siqaret çəkən uşaqların valideynləri cərimələnə bilər - Rusiyada
21:18 / 11.10.2019
2347
Rusiya Daxili İşlər Nazirliyi azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürüb.
Sfera.az baku.ws-a istindən xəbər verir ki, siqaret çəkməyə başlayan uşaqların valideynləri 2 min rubla qədər cərimələnə bilərlər.
Məsələ ilə bağlı artıq yeni təkliflər paketi hazırlanıb.
Qeyd edək ki, Rusiyada azyaşlılar arasında tütün məmulatlarından istifadə edənlərin sayı çoxluq təşkil etdiyi üçün 2009 və 2014-cü illərdə Dövlət Dumasına analoji qanun layihələri təqdim olunub.