Sipark İnşaat şirkətindən Şok açıqlama

Sipark İnşaat şirkətindən Şok açıqlama

 

Xəbər verdiyimiz kimi Sipark İnşaat şirkətinə qarşı çirkin qara piar siyasəti aparılır. Son günlər bu tip yazıların sayı artmağa başlayıb.

  

Məsələ ilə bağlı Sipark İnşaatın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı açıqlama yayıb. Açıqlamada bildirilir:

  

"Bir müddət əvvəl bəzi saytlarda gedən böhtan xarakterli yazılarla bağlı Bakı şəhəri, Binəqədi rayon məhkəməsində iddia qaldırmışıq. Dünən növbəti, "Sipark” rəhbəri Seymur İsayev həbs oluna bilər – PREZİDENTƏ MÜRACİƏT HAZIRLANIR” başlıqlıiftira və şər-böhtanla dolu yazı sözügedən saytlarda irajlandı. Yazıda konkret ağır cinayətlərdə ittiham edən məlumatlar öz əksini tapıb. Bu saytlar ölkədə nə neqativ hadisə baş verirsə, şirkətimizi və rəhbərini əsassız şəkildə həmin hadisəyə bağlamağa çalışır. Azərbaycan Respublikasının prezidentiİlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı xeyli tədbirlər gördüyü bir dövrdə bu saytlar öz böhtan dolu yazıları ilə 15 ildir fəaliyyət göstərən şirkət və onun rəhbərini iftiraları ilə ləkələməyə çalışırlar. Buna görə də iftira atmaq, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması və şəxsi həyatın toxunulmazlığı prinsiplərini əsas götürərərk Hüquq mühafizə və təhlükəsizlik orqanlarına müraciət etməyi qərara aldıq. Belə ki, Baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubova qara piar aparan saytlarbarəsində cinayət işi başlanılmaqla ciddi tədbir görülməsi üçün müraciət olunub".


OXŞAR XƏBƏRLƏR