Sığorta pulu almaq üçün biləyini kəsdi – İLGİNC OLAY

Sığorta pulu almaq üçün biləyini kəsdi – İLGİNC OLAY
Sloveniya polisi bir qadını sığortadan pul almaq üçün bilərəkdən biləyini kəsməkdə ittiham edir.

Sfera.az-ın xəbərinə görə qorxunc hadisə ölkənin paytaxı Lyubyanada baş verib. Adı açıqlanmayan 21 yaşlı qız və onu xəstəxanaya çatdırmış qohumu saxlanılıb. Günahları sübut ediləcəyi təqdirdə onları səkkiz ilə qədər həbs cəzası gözləyir. Polisin şübhələnməsinə əsas səbəb zərəçəkmişin hadisədən az öncə külli miqdarda qəza sığortası etməsi olub.

Müqaviləyə görə qadın 400 min avro birdəfəlik ödəniş və aylıq 3 min avro maaş alacaqdı.

Qadının sözlərinə görə ağac budayarkən bilmədən biləyini kəsib. Polis təhqiqatçıları isə kəsintinin bilərəkdən edildiyi qənaətindədir. Yaralını xəstəxanaya çatdıranlar qadının kəsilmiş əli özləriylə gətirməsələr də çevik davranan həkimlər əli taparaq yerinə tikə biliblər.


OXŞAR XƏBƏRLƏR