\"Sinə döyməyin islamla əlaqəsi yoxdur, bu adət yəhudilərdə var\" - Əbu Bəkr məscidinin imamı
14:55 / 17.08.2021
2043
Avqust ayının 19-da Aşura günüdür. Bəzi şəxslər Məhərrəm
ayının həmin günü işləmir, evdən çölə çıxmır. Hətta elə insanlar var ki, Aşura
günündə ev işlərini belə günorta saatlarındaək dayandırır, bunun günah olduğunu
düşünürlər.
Məscidlərdə isə zəncir vurmaq, sinə döymək kimi
ritiuallar həyata keçirilir.
Maraqlıdır, Aşura günü ilə bağlı dində xüsusi qayda
və qadağalar varmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan "Əbu Bəkr"
məscidinin imamı Hacı Qamət Süleymanov özünə zərər vurmağın və bu kimi dini
ritualların İslamda yox, başqa dinlərdə olduğunu deyib:
"Aşura günü ilə bağlı dində hansısa qaydalar
toplusu yoxdur. Bu şəkildə dini rituallar yəhudilərdə var. Məsələn, onlar şənbə
günü işləmir, yuyunmur. Ölüyə görə bədəninə zəncir vurmaq, sinə döymək də
başqa dinlərdə var, İslamda belə bir qayda yoxdur. İslam buyurur ki, özünə
ziyan vermək olmaz. Quran kitabında bidirilir ki, ilin 4 ayı haramdır. Bu
aylardan biri Məhərrəm ayıdır ki, bu ayda da Tanrı insanları özünə zülm etməməyə
çağırıb".
Sfera.az