Sinan Akçıl azərbaycanlı sevgilisindən ayrılıb keçmiş həyat yoldaşı ilə barışdı - FOTO

Sinan Akçıl azərbaycanlı sevgilisindən ayrılıb keçmiş həyat yoldaşı ilə barışdı - FOTO
Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl yeni ili keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə qarşılayıb.

Sfera.az bildirir ki, bu barədə "Hürriyet” yazır.

Akçılın boşandıqdan sonra azərbaycanlı psixoloq Nez ilə sevgili olduğu iddia edilirdi. Nezin hamilə olduğu barədə də məlumatlar vardı.
 
Xatyırladaq ki, Sinan-Burcu cütlüyü 2018-ci ildə Amsterdamda evləndikdən doqquz ay sonra boşanıb. Hazırda Sinanın Nezdən ayrıldığı və keçmiş arvadı ilə barışdığı bildirilir. 
 
Jalə Mehdi
Sfera.az

OXŞAR XƏBƏRLƏR