“Simpsonlar” ABŞ Konqresinə hücumu da öncədən bilibmiş - FOTOFAKTLAR

“Simpsonlar” ABŞ Konqresinə hücumu da öncədən bilibmiş - FOTOFAKTLAR
Məşhur "The Simpsons” cizgi filminin gələcəyə dair proqnozu yenə doğru çıxıb.
 
Sfera.az xəbər verir ki, indiyə qədər Donald Trampın prezident seçilməsi, 11 sentyabrda əkiz qüllələrə hücum, Çindən dünyaya ötürülən koronavirus da daxil olmaqla 27 hadisəni öncədən xəbər verən əfsanəvi multiserial yenidən gündəmə gəlib. 

Belə ki, serialın pərəstişkarlarından biri Simpsonların ABŞ-dakı son vəziyyətlə bağlı hadisələri əvvəlcədən bildiyinə dair paylaşım edib. 

"ABŞ-da vətəndaş müharibəsi 2021" etiketi ilə "twit”lənən fotolardan birində maraqlı məqam diqqət çəkir. Belə ki, 20 yanvar 2021-ci ildə "The Simpsons” seriyasındakı əsas obrazın silahlı şəkildə bir evin damında gözlədiyi görünür. Qeyd edək ki, 20 yanvar Trampın prezidentliyini Co Baydenə təhvil verəcəyi gündür.

Konqres binasına dəbilqəli, çılpaq kişinin hücumu da serialın proqnozlarında yer alıbmış. 

Sosial mediada ən çox paylaşılan görüntülərdən biri isə Konqres binasına girən talançılardan birinin tribunanı götürərək çəkdirdiyi fotoşəkillə "The Simpsons”dakı oxşar səhnə olub. 

Jalə Mehdi
Sfera.az




OXŞAR XƏBƏRLƏR