Şimali Koreya liderindən hələ də xəbər yoxdur

Şimali Koreya liderindən hələ də xəbər yoxdur
 "Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ-ın hədəfləri dəyişməyəcək". 

Sfera.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Şimali Koreya lideri Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı açılamasında bildirib. 

Maykl Pompeo telekanallardan birinə verdiyi müsahibədə Şimali Koreyanın nüvə silahlarından təmizlənəcəyi istiqamətində ABŞ-ın fəaliyyətini davam etdirəcəyini söyləyib. 

ABŞ-ın dövlət katibi Şimali Koreya liderinin səhhəti ilə bağlı heç nə bilmədiklərini vurğulayaraq deyib: "Amerika xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir". 

Şimali Koreyanın sədri Kim Çen Inın ölüb-ölmədiyi və vəziyyətini öyrənmək üçün Çin bu ölkəyə həkim göndərib. Bildirilib ki, "Reuters” agentliyi bu xəbəri hadisəyə yaxın 3 mənbəyə istinadən yayıb.

Ancaq Çinin göndərdiyi heyətin Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı hələ də heç bir rəsmi məlumatı yoxdur. 

Qeyd edək ki, aprelin 21-də ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi Kim Çen In cərrahiyyə əməliyyatı keçirdiyini və vəziyyətinin çox ağır olduğunu iddia etmişdi.
 
(report)

OXŞAR XƏBƏRLƏR