Şimal marallarının ovlanması qadağan edilə bilər
17:10 / 17.10.2019
1629
Rusiyanın Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi şimal marallarının mühafizəsi üçün regionlara tapşırıq verib.
Sfera.az bildirir ki, maralların ovlanmasının qadağan olunması qərarı nəzərdən keçirilir.
Bununla bağlı Rusiyanın iki regionunda – Krasnoyarsk diyarı və Yakutiyada zəruri tədbirlər görüləcək.
Qeyd olunur ki, 2000-ci ildən bu günədək Taymır şimal marallarının sayı 1 milyondan 400-450 min başadək azalıb.