Silahlı şəxslər "Milan"ın futbolçusunu soydular

Silahlı şəxslər
 

"Milan"ın futbolçusu Samu Kastilyexo silahlı hücuma məruz qalıb.

 

Sfera.az xəbər veri ki, ispan futbolçunu Milanda iki silahlı adam soyub. O, "Instagram" hesabında bu barədə məlumat verib:

 

"Milanda hər şey yolundadır? Məni üzümə silah tutan 2 şəxs soydu. Onlar saatımı aldılar. Mən hazırda yaxşıyam".

 

"Milan" 25 yaşlı yarımmüdafiəçini 2018-ci ildə "Vİlyarreal"dan 21,5 milyon avroya transfer edib.

OXŞAR XƏBƏRLƏR