Sıla 15 dəqiqədə boşandı - FOTO
15:19 / 18.01.2021
2574
Ötən ilin
yanvarında nikah masasına oturan müğənni Sıla həyat yoldaşı Hazer Amanidən
boşanıb.
Sfera.az xəbər verir ki, Bodrumda baş tutan boşanma prosesi cəmi15 dəqiqə çəkib.
Məlumata görə, ayrılığın səbəbi qısqanclıqdır. Belə ki, Amaninin keçmiş həyat yoldaşı Deniz Mumcuoğlu ilə görüşməsi cütlük arasında mübahisəyə səbəb olub.
Qeyd edək ki, məşhur cütlük bir müddət öncə sosial media hesablarında boşanacaqları ilə bağlı məlumat vermişdilər.
Jalə Mehdi
Sfera.az