Cəmİyyət

Siçan xislətli icra başçıları – Qənd-çay oğruları əməllərindən utanmırlar

Siçan xislətli icra başçıları – Qənd-çay oğruları əməllərindən utanmırlar
 Covid-19 pandamiyası ilə mübarizədə ölkənin müxtəlif təbəqəsindən sıravi insanlar, həmçinin dövlətin ayrı-ayrı qurumları, iş adamları, könüllülər, hətta şou-biznes əhli belə ehtiyaclı ailələrə dəstək üçün marafon başlatdı. Bu marafonun önündə təbii ki, dövlət getdi. Müxtəlif güzəştlər paketi, birdəfəlik müavinət, vergi güzəştləri və sairlərlə. Dəfələrlə dövlət başçısı fərdi qaydada həssas təbəqəyə edilən yardımlara maneçilik törətməmələri üçün icra başçılarına göstəriş veridi. Ən son məlumatlardan brində Heydər Əliyev Fondunun iki yüz min ailəyə yardım ediləcəyi barədə rəsmi açıqlama verdi. Ehtiyacı olanların müraciət etməsi üçün qaynar xətt yaradıldı. Ölkədən çox, böyük ailəyə bənzədik…

…Və birdən "siçan zəkilərimiz” peyda oldu. Bu "siçan zəkilər” icra başçıları formasında zühur elədi, edilən yardımlardan necə qazanmağın, nənələr demiş "qrəmitdəməyin” yollarını axtarmaqla. Onlar şəhər merləri formasında zühur elədilər, kabinetlərin, şəxsi evlərinin anbarlarında kasıb ailələr üçün ayrılan ərzaq yardımını gizlətməklə. İnsanların maaş kartları ilə özlərinə bahalı geyimlər alan Kassir oğlu "siçan” Zəki…

…Qaldı kimdir "siçan Zəki” sualınıza? Yəqin çoxunuz məhşur "Pəncərə” filmini xatırlayır. Uşaq evində böyüyən azyaşlıların həyat mücadiləsindən bəhs edən filmi. Filmdə haqlarında bəhs edilən azyaşlıları təkcə kimsəsizlik, ehtiyac birləşdirmirdi. Onların qazandıqlarını, hətta uşaq evindən onlara verilən payı belə bir-biri ilə bölüşə bilmək, ədalətli olmaq qabliyyətləri var idi. Cəmi bircə nəfərdən, Zəkidən başqa hamısı belə idi. Zəki ikinci dəfə ailə qurduğu üçün övladını uşaq evinə atan kassir "kişinin” oğlu idi. Atası gətirən hər şeyi gecə, özün də xəlvətcə yorğanının altında yeyirdi…

İndi bizim siçan zəkilər də illər uzunu toxunulmaz olduqlarını düşünüblər. Əbədi kreslo sahibi biliblər özlərini. Beləcə "inkişaf edib”, "böyüyüb” olublar icra başçısı, icra nümayəndəsi, bələdiyyə sədri.

…Gerçəkdən düşünəndə belə əziyyət çəkir adam. Ehtiyacı olan adamlar üçün nəzərdə tutulan, minimum qida təhcizatından ibarət bağlamaları adam necə oğurlayar?! Və ya bunu oğurlamağı bacarmaq üçün nə qədər aşınmış insan tipi olmalısan?!

Dövlətinin, Prezidentinin etimadını necə bu qədər puça çıxara bilərsən? Bütün bunlar bir yana, bir körpənin ac, bir kişinin ailəsi qarşısında aciz qalması mənzərəsini görüb də necə gecələr buğlana-buğlana evində yata bilərsən?! Dövlət qulluqçusu kimi ciddi bir mənsəbi necə qənd-çay oğrusu statusunə dəyişərsən?! Bu, bircə halda mümkündür, sayğısızlıq, saymazlıq və yəni harınlıq mərhələsindəsən…

…Düzü ağır gəlir, həm də çox ağır. Bəlkə kimsə düşünəcək, nə qoyub, nə axtarırsan. Amma yaradana and olsun, üzlərin diqqətlə baxıb da ciddi-ciddi kövrəlmişəm. Kiminsə əri, oğlu, atası, qardaşı, kürəkəni, bir nəslin ağsaqqalı, bir ailənin rəisi olan çoxunun yaşı ahıllıq dövründə olan bu kişilər əslində "kişidir”. Hə indi kimsə də deyəcək ki, bəs nədirlər. Xatırladıram, kişilik təkcə insanda fizioloji quruluş deyil, həm də xarakterdir. Nəfsinin öhdəsindən gələ bilmək istedadıdır. Qadın da, kişi də, olsan fərq etməz, gərəkdir ki, yaxşı KİŞİ olasan! Yoxsa bir gün dövlət qulluqçusu kimi qoyulduğun vəzifədən, sənə siçan Zəki deyib, qənd-çay oğrusu kimi işdən qovacaqlar…
 
Jalə Mütəllimova
 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031