Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...

Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...
Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadə hələ də "ECMO" qoşulu vəziyyətdədir.

Sfera.az  xəbər verir ki, bu barədə modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.

O bildirib ki, hələlik müğənninin səhhətində ciddi irəliləyiş yoxdur:

"Komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni edir, amma ciddi irəliləyiş yoxdur".

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər. Həyat yoldaşı sağalaraq, evə yazılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlandı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan Sfera.az-a bildirilib ki, oktyabrın 18-dən 2...

Son sutkada koronavirusa yoluxanların sayı AZALDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

"Lazımsız hərəkətlərə dini bayraqlarla don geyindirirlər" - Dünənki qeyri-adi toy karvanı ilə bağlı AÇIQLAMA

"Toy karvanlarında dini bayraqların nümayiş etdirilməsi və ya hansısa dini şüarların avtomobillərin üzərinə yazılması ilk hal deyil”.   Bunu Sfera.az-a a...

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsini...

Azərbaycanlı cazibədar aparıcı ərə getdi - VİDEO - FOTO

Cazibədar aparıcı Aytən Leylaqızı subaylığın daşını atıb. Sfera.az  milli.az-a istinadən xəbər verir ki, dünən paytaxtın məşhur məkanlarından birində...

“Şəhid, qazi adından istifadə edib yaratdığınız QHT-ləri bağlayın" - AMEA əməkdaşından ÇAĞIRIŞ

"Şəhid, qazi, əsgər adlarından istifadə edərək açdığınız, o ailələrin heç bir problemində yanında olmadığınız, pul silmək, məşhur olmaq üçün yaratdığınız QHT-lə...