"Şeytan üçbucağı"nın sirri açılır? - FOTO

 

Bermud üçbucağı Atlantik Okeanda çox sayda təyyarə və gəminin yox olduğu yerdir. Bu üçbucaq təkcə 35 ildə 700 gəmi, 120 təyyarə və çox sayda insanın ölümünə səbəb olub. 800 kvadratmetr ərazisi olan və heç cür sirri açılmayan bu yer haqqında indiyədək müxtəlif fikirlər söylənilib. Özünə yaxınlaşanları heç bir iz buraxmadan yox edən bu yerə "Şeytan üçbucağı" da deyilir.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, sonar metodu ilə 2 min metr dərinlikdə qəribə bir varlığın olduğu kəşf edilib. Müxtəlif cihazlar vasitəsi ilə edilən araşdırmalar alimlərə məşhur Xeops piramidasından 3 dəfə böyük şüşəyə bənzər bir şeydən düzəldilən iki nəhəng piramidanın olduğu fikrini irəli sürməyə imkan verib. Bu qəribə varlıqlarla bağlı sirrin açılması dəhşətli yoxaçıxmaların sirrini də aça bilər. Bu fikir Bahamada keçirilən alimlər konfransında da səsləndirilib.
 
Alimlər bu texnologiyanın sualtı piramidaları kəşf etməkdə yararlı olacağını açıqlayıb.

 

 

 



OXŞAR XƏBƏRLƏR