Seyran Ohanyana qarşı daha bir ittiham irəli sürüldü

Seyran Ohanyana qarşı daha bir ittiham irəli sürüldü
Ermənistanın bir sıra keçmiş məmurları "Dzora SES"in özəlləşdirilməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə əlaqədar açılan cinayət işi üzrə ittiham olunurlar.

Sfera.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinin məlumatına görə, iş üzrə ibtidai istintaq başa çatıb. İttiham olunanlar sabiq müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyandır.

İstintaq məlumatlarına əsasən, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyanın imzaladığı gizli qərarla bir sıra qanunları pozaraq "Dzora" SES QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində olan səhmlərinin bloku - "Dzoraget Hydro" üçün nəzərdə tutulan  3 milyard 600 milyon dramı (təxminən 7 milyon dollar) mənimsənilib.

Üstəlik, enerji və təbii sərvətlər Naziri Armen Movsisyanın təklifi ilə hökumət kiçik su elektrik stansiyaları üçün elektrik enerjisi istehsalının maksimum həcmini  əvvəlki 10 MVt-dan 30 MVt-a qaldırıb.

Bundan başqa, ölkədə su elektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsi ilə, amma əslində - "Dzoraget Hydro" MMC-yə fayda yaratmaq üçün Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyiblər.

Beləliklə, 26,4 MVt gücündə "Dzoraget Hydro" kiçik su elektrik stansiyaları siyahısına daxil edilib. Nəticədə, istintaq orqanının hesablamalarına görə, "Dzoraget Hydro" 2012-2019-cu illərdə 7 milyard dramdan (təxminən 1,4 milyon dollar) çox əlavə qazanc əldə edib.

Cinayət işi üzrə istintaq materialları Baş prokurorluğa göndərilib.


OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....