Şeymanın milyarder sevgilisinin lüks avtomobili oğurluq çıxdı - FOTO

Şeymanın milyarder sevgilisinin lüks avtomobili oğurluq çıxdı - FOTO
Türkiyəli "Instagram” fenomeni, məşhur prodüser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının sevgilisi ilə bağlı şok məlumat yayılıb. 
 
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şeymanın eşq yaşadığı misirli iş adamı, Ərəbistan şeyxlərindən birinin oğlu olan Məhəmməd Əl Sallousa aid  maşının oğurluq olduğu iddia edilib. 

Bildirilib ki, "Ferrari F50” lüks avtomobili əslində italiyalı Paolo Provenzi adlı şəxsə aiddir. Bu səbəbdən də misirli iş adamı məhkəməyə verilib.

Ancaq o, 249 ədəd istehsal olunan maşını 2019-cu ildə 1,95 milyon dollara aldığını vurğulayıb. 

Qeyd edək ki, Şeyma Subaşı tez-tez həmin avtomobilin önündə çəkdirdiyi fotoları paylaşırdı.

OXŞAR XƏBƏRLƏR