Şeyma Subaşı övladını itirdi
10:54 / 24.06.2021
1652
Türkiyəli fenomen Şeyma Subaşıdan üzücü xəbər gəlib.
Sfera.az bildirir ki, 3 aylıq hamilə olan fenomen uşağını itirdiyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Şeymanın sözlərinə görə, buna səbəb stress olub.
"Daha əvvəl ciddi stresə görə toyu təxirə saldığımı demişdim. Təəssüf ki, həmin vəziyyət uşağımı da itirməyimə səbəb oldu. Çox kədərliyəm. Bunun öhdəsindən gəlmək üçün zamana ehtiyacım var”, - deyə Subaşı qeyd edib.
Xatırladaq ki, Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən hamilə idi.
Türkan
Sfera.az