\"Səyahətə çıxan şəxslərdən 48 saat müddətinə test nəticəsi tələb etmək mənasızdır\" - İnfeksionistdən AÇIQLAMA

\
Xarici ölkəyə səyahət etməmişdən əvvəl sərnişinlərdən 48 saat öncə verilən koronavirus testinin nəticələri tələb olunur. Türkiyədə bizdən fərqli olaraq bu müddət 72 saatdır.
 
Etibarlılıq müddətinin iki gün olmasından isə əksər sərnişlər narazıdır və müddətin artırılmasını tələb edirlər.

Maraqlıdır, testin etibarlılıq müddəti nə üçün 48 saatdır? Bu rəqəmi artırmaq olarmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist İlham Bayramov test nəticələri üçün verilən zamanın yetərli olmadığını bildirib. İnfeksionist 2 gün ərzində yoluxan şəxsin testinin nəticəsinin mənfi də ola biləcəyini qeyd edib:

"Virusun bədəndə inqubasiya dövrü iki həftədir. Bu baxımdan testin etibarlılıq müddətinin iki yaxud üç gün olmasının heç bir mənası yoxdur. Yəni əgər koronavirusa yoluxmuşuqsa nəticə 2 gündən sonra özünü biruzə verir. Bu baxımdan testin etibarlılıq müddətinin iki gün olması doğru deyil. Bundan əlavə onu da deyim ki, elə adam olur ki, koronavirusa yoluxsa da test nəticəsi mənfi olur. Yəni virusa yoluxduqdan bir-iki gün keçdikdə test versək, nəticə pozitiv olmaya bilər".
 
Həkimin sözlərinə görə, testin etibarlılıq müddəti 14 günədək uzadıla bilər:

"Hesab edirəm ki, koronavirus testi verən şəxslərin nəticələri üç gündən on dörd günədək etibarlı sayılsın. İki gün vaxtın verilməsi düzgün deyil və səyahət edən insanlar üçün problem yarada bilir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....