“Şəxsi məlumatlarınız arzuolunmaz şəxslərin əlinə keçə bilər”

“Şəxsi məlumatlarınız arzuolunmaz şəxslərin əlinə keçə bilər”

Almaniya hökumətinin məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ulrix Kelber Rusiyanın "Vireless Lab” şirkətinin yaratdığı "FaceApp” tətbiqindən istifadə etməməyi məsləhət görüb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

U.Kelberin sözlərinə görə, proqramın istifadəsi istifadəçilərin şəxsi məlumatlarının arzuolunmaz şəxslərin əlinə keçməsinə səbəb ola bilər.

"FaceApp”ın istifadə şərtləri sona qədər aydın deyil. Proqramın arxasında kimlərin dayana biləcəyi düşüncəsi ehtiyatlı olmağa sövq edir”, – Kelber bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da da sözügedən proqram tənqid edilmiş və ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilmişdi.

Məsələyə proqramın yaradıcısı Yaroslav Qonçarov da münasibət bildirib və məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

"Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, – deyə Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: "FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini "buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.

 

OXŞAR XƏBƏRLƏR

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...