“Şəxsi heyət döyüş şəraitində daim ayıq-sayıqdır\" - Polkovnik

“Şəxsi heyət döyüş şəraitində daim ayıq-sayıqdır\
 

"Sosial şəbəkələrdə müdafiə naziri və baş qərargah rəisi haqqında bəzi xoş olmayan ifadələr işlədilir. Korpusa, hərbi birləşməyə, hərbi hissəyə, tabora, bölüyə, tağıma verilən döyüş əmri var. Yerinin müdafiə edilməsi və düşmənin hər hansı hərəkətinə qarşı hansı tədbirlərin görülməsi haqqında hər şey o döyüş əmrində yazılıb”.

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, elə həmin gün də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq üçün döyüş aparılıb:

"O döyüş kiçik - təxminən, bir bölüyə aid olan ərazini əhatə edib. Belə bir döyüşü Müdafiə Nazirliyi aparmır. Döyüşü əraziyə cavabdeh olan tabor, onu dəstəkləyən briqada aparır. Çünki təxribatın qarşısının alındığı yer o korpusun müdafiə etdiyi ərazinin 1 faizi də deyil. Döyüşləri kim, nə vaxt, hansı qüvvələrlə dəstəkləyəcəksə, qeyd olunub. Təxribatın olduğu məkan böyük ərazi deyil ki, Müdafiə Nazirliyi ora müdaxilə etsin. Buna ehtiyac yoxdur. Çünki düşmən o istiqamətdə dövlət sərhədini pozmaq istəyərkən orada olan bölmələrimizin ayıq-sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Briqadanın orada dəstəkləyici tədbirləri ilə düşmənin dərinlikdə olan hərbi infrastrukturuna zərbə endirilib və düşmən böyük itkilərlə geri çəkilib".

Ş. Ramaldanov vurğulayıb ki, ərazidə olan şəxsi heyət daim döyüş şəraitindədir. Generalımız da həm vəziyyəti yerində öyrənmək, həm də şəxsi heyətin ruh yüksəkliyini artırmaq üçün ora gedib:

"Bu, zabitin normal iş şəraitidir. Həmin vaxt düşmən əraziyə artilleriya zərbəsi endirib. Nəticədə, yüksək rütbəli zabitlərimiz şəhid olublar. Onlar öz vəzifə borclarını yerinə yetirərək qəhrəmancasına həlak olublar. Xidməti döyüş şəraitində cənab general və polkovnik əsgərlərlə görüşməyə, vəziyyətlə bağlı məsləhətlərini birbaşa verməyə gediblər. Yəni orada olan bölmələrin Müdafiə Nazirliyinin və korpus qüvvələrinin heç bir dəstəyinə ehtiyac yox idi. Çünki düşmən törətdiyi təxribatın məqsədinə çata bilmədi. Onların təxribatının qarşısını mövcud bölmələr, hərbi hissə öz imkanları ilə alıb. Bu məsələni şişirtmək lazım deyil. Əmrlər əvvəlcədən verilir, yəni hərbi hissə ona təhkim olunmuş ərazidə öz döyüş tapşırığını yerinə yetirməli elementləri orada yazır. Müdafiə nazirinin müavinləri vəziyyətin gərgin olması ilə əlaqədar həmin ərazidə olublar. Ancaq hansısa dəstəyin göstərilməsindən söhbət gedə bilməz. Əgər xəritədə də baxsanız, orada olan əməliyyatın bir bölüyün ərazisini əhatə etdiyini görəcəksiniz. Əgər düşmənlə irimiqyaslı əməliyyat aparmağa ehtiyac olsaydı, onda əlbəttə ki, hərbi hissə, korpus, Müdafiə Nazirliyi dəstək göstərərdi. Bir neçə günlük döyüşün müqəddəratı artıq orada olan qüvvələr çərçivəsində həll olunmuşdu. Düşmən də bizim orada olan peşəkar heyətin gücünü görüb öz çirkin əməllərini genişləndirmədilər. Biz bilirik ki, vəziyyətin gərginləşdiyi əraziyə yüksək rütbəli zabitlər gedirlər. Haradasa fövqəladə vəziyyət olanda oraya nazirlik nümayəndəsi gedir. Yerli resursları qiymətləndirib, çatışmazlıq olduğu halda, öz imkanlarından istifadə edirlər.

Hörmətli şəhid generalımız əraziyə korpusun, yaxud Müdafiə Nazirliyinin müdaxiləsi üçün getməyib. O, əsgərlərimizi müəyyən şəkildə dəstəkləməyə, şəxsi heyətin qəhrəmanlığını qeyd etməyə, uğurlu əməliyyat üçün onları təbrik etməyə gedib. Bizim generallar kabinet generalı deyil. Onlar çalışırlar ki, şəxsi heyətə mənəvi dəstək göstərmək üçün mütəmadi olaraq, onlarla görüşsünlər. Həmin gün də generalımız belə edib. Diqqət edəndə də görünür ki, bu iki günlük əməliyyatda heç bir əlavə qüvvəyə ehtiyac olmayıb. Yerində olan qüvvələrin səyi və peşəkarlığı ilə düşmən təxribatının qarşısı uğurla alınıb".


OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...