“Şəxsən tanıyıram, işinin peşəkarıdır” – Tanınmış alimdən Rüfət Əzizovun təyinatına reaksiya

“Şəxsən tanıyıram, işinin peşəkarıdır” – Tanınmış alimdən Rüfət Əzizovun təyinatına reaksiya

Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

 

Yeni təyinatla bağlı öz fikirlərini kimya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Akademik Vaqif Abbasov Sfera.az-la bölüşüb:

 

"Rüfət Əzizovu şəxsən tanıyıram. Çox qabiliyyətli, işini bilən kadrdır. Lomonosov adına Moskva Dövlət Universitetinə imtahansız daxil olub, universiteti fərqlənmə diplomu ilə bitirib".

 

Rüfət Əzizovu nadir gənclərimizdən biri adlandıran alim təyinatın uğurlu olduğu qənaətindədir: "İşinin peşəkarı olduğunu tam əminliklə söyləyə bilərik. Bir müddət BP-də baş mühəndis kimi çalışıb. Orada da işində kifayət qədər uğurları olub.


Düşünürəm ki, Təhsil İnstitutunun direktoru kimi özünü doğruldacaq. Rüfət Əzizov cəmiyyətə yararlı, perspektivli kadrdır. Təyinatın müsbət nəticələnəcəyini görəcəyik".

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR