Sevinc Fətəliyeva: Ermənistanın \"seçki\" şousuna münasibət bildirməyən Avropa Şurası Azərbaycana şər, böhtan atmaqla məşğuldur

Sevinc Fətəliyeva: Ermənistanın \
 Avropa Şurası işğal olunmuş Dağlıq Qarabağda keçirilən "seçki" şousuna heç bir münasibət bildirmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur.

Sfera.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, mart ayının sonunda isə işğalçı Ermənistan və separatçı rejim tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər" keçirildi:

"Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin "seçkiləri” tanımadılar. Amma Avropa Şurası tərəfindən bu "seçki" şousuna heç bir münasibət bildirilmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var”.

Deputat qeyd edib ki, bu ilin birinci rübü ərzində Azərbaycanın beynəlxalq əlaqələrində, xarici siyasətində müsbət nəticələr əldə olunub.

S.Fətəliyeva qeyd edib ki, Prezidentin Davos Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirakı böyük əhəmiyyət kəsb edir:

"Çünki hər iki beynəlxalq tədbirdə dövlətimizin başçısı vacib görüşlər keçirib, Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi yönündə vacib addımlar atılıb. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair debatın təşkil olunması çox mühüm hadisə idi. Bu hadisə işğalçı Ermənistanın təbliğatını darmadağın etdi. Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan dövlətimizin bu məsələdə prinsipial mövqeyini bir daha səsləndirib. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Deputat əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər:

"Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”.

OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...