Sevinc Fətəliyeva: Bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir

Sevinc Fətəliyeva: Bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir
 

Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Belə bir şəraitdə işğalçı Ermənistanın hər hansı təhlükəsizlik, sülh barədə fikirlər səsləndirməsi imitasiyadan başqa bir şey deyil.

Bu fikirləri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi fikirləri Ermənistan öz "məntiqi” ilə izah edir. İşğalçı ölkənin xarici işlər nazirinin açıqlaması bunu deməyə əsas verir.

"Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti münaqişənin mərhələli şəkildə həllinin tərəfdarıdır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Ermənistan öz müqəddəratını təyinetmə prinsipinə öz "məntiqi” ilə yanaşır. Halbuki, bu məsələlər beynəlxalq hüquqda tam təsbit olunub. Öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə xələl gətirə bilməz. Üstəlik, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib” - deyən deputat qeyd edib ki, bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir.

Sevinc Fətəliyeva qeyd edib ki, işğalçı siyasət yürütdüyü halda Ermənistanın hakimiyyət nümayəndlərinin sülhdən danışması səmimi deyil, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır: "Əgər həqiqətən Ermənistan sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi Azərbaycan torpaqlarından öz hərbi birləşmələrini çıxarmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...