\"Sevilya\" Korona ilə müqavilə bağladı

\
Portuqaliyanın "Portu" klubunun futbolçusu Xesus Korona karyerasını İspaniyada davam etdirəcək.

Sfera.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

Romano 29 yaşlı meksikalı yarımmüdafiəçinin bir neçə saat sonra "Sevilya" ilə müqavilə imzalayacağını yazıb. Koronanın sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Xesus Korona 2021/2022 mövsümündə "Portu"da 17 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR