Sevgilisindən Hadisəyə 34 min dollarlıq sürpriz

Sevgilisindən Hadisəyə 34 min dollarlıq sürpriz
Son zamanlar haqqında yayılan iddialara görə çətin günlər yaşayan Hadisəyə sevgilisi dəstək olub.
 
Sfera.az bildirir ki, müğənninin sevgilisi, aktyor Kaan Yıldırım ona süpriz edib. Belə ki, aktyor sevgilisinin bəyəndiyi, lakin Türkiyədə tapılmayan brendə aid 34 min dollarlıq çanta alıb. Sarı rəngli çanta Hadisənin son hadisələrdən sonra ən böyük təsəllisi olub.

Yıldırımın süprizi bununla bitməyib. O, sevgilisi üçün Maldiv adalarında tətil təşkil edib. Cütlük yaxın günlərdə adaya səyahət edəcək.

Qeyd edək ki, bundan öncə azərbaycanlı iş adamı Rza Zərrabla adı hallanan türkiyəli müğənni Hadisənin sevgilisindən ayrıldığı iddia olunurdu.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR