“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar

“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
 

Xəbər verdiyimiz kimi  tanınmış müğənni Elariz Məmmədoğlu evini satışa çıxarıb. "Greencard” udaraq bir neçə ay əvvəl ailəsi ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçən müğənni ifaçı dünən Bakıdakı evini satışa çıxarması ilə bağlı sosial şəbəkədə elan yerləşdirib. İfaçı Binə qəsəbəsində yerləşən sözügedən tikili üçün 25000 manat qiymət təyin edib.   

Bununla bağlı araşdırma apararaq evin olduğu əraziyə baş çəkmişik. 

Məlum oldu ki, E. Məmmədoğlu həmin evi əvvəllər də bir neçə dəfə satışa çıxarsa da, onu alan olmayıb. Bununla bağlı həmin evin yaxınlığında yaşayan sakinlərlə də söhbətləşdik. Oların iddiasına görə Elarizin bu evi 2013-cü ildə sevgilisi üçün tikdirdiyi ilə bağlı şaiyələr var. Sakinlərin dediyinə görə, sonradan həmin xanım evi bəyənməyib və evin təmiri yarımçıq qalıb. Başqa bir iddiaya görə isə ifaçı sözügedən evi ticarət məqsədi ilə tikdirib. "Bu ev də Elarizin başına bəla oldu, satılmır ki, satılmır…” – deyə sakinlər bildirib.

Evin üzərinə yazılan, həmçinin E. Məmmədoğlunun keçən illki elanında qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin həmin nömrələrin işləmədiyi məlum oldu. Müğənninin dünən İnstaqramdan paylaşdığı elanda yazılan nömrəyə isə zəng çatdı. Zəngimizə cavab verən bəy Elarizin dostu olduğunu və evin satılmasının ona tapşırıldığını dedi. O, bildirdi ki, 3 otağı olan ev hazırda təmirsizdir və 25 min manata satılır, lakin danışsaq, qiymətdə endirim də ola bilər. 

Əraziyə başçəkən zaman həmin evin şəkillərini də çəkdik. Sizə həmin fotoları təqdim edirik.

Əsmətxanım

 

Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...