Sevgilisi ilə 6 günlük səyahətə çıxdı, 20 aylıq körpəsi evdə acından öldü - FOTO

Sevgilisi ilə 6 günlük səyahətə çıxdı, 20 aylıq körpəsi evdə acından öldü - FOTO
Böyük Britaniyada 6 gün boyunca parti təşkil edərək 20 aylıq körpəsini ölümə tərk edən anaya 9 il həbs cəzası verilib.
 
Sfera.az xəbər verir ki, Verfi Kudi adlı qadın təxminən bir il öncə 18 yaşını qeyd etmək üçün Briqtondan Londona gedib. 

Sevgilisi ilə birlikdə 6 günlük səyahətə çıxan qadın 20 aylıq körpəsini evdə tək qoyub. Evə qayıtdıqda qızının faciəvi şəkildə öldüyünü görən ana cinayəti ört-basdır etməyə çalışıb. O, təcili yardım çağırmazdan öncə həyatını itirmiş körpəsi ilə təxminən 3 saat baş-başa qalıb və hadisə yerinə gərən səlahiyyətlilərə körpəsinin oyanmadığını söyləyib.

Prokurorluğun açıqlamasında körpənin günlərlə mənzildə təkbaşına qaldığı və nəticədə aclıq və susuzluqdan öldüyü bildirilib.

İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR