\"Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə...\" - Aynişan

\
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

 
Sfera.az Aynişan Quliyeva ilə kiçik müsahibəni təqdim edir.

 
- Gələcəkdə övladınıza məsləhətiniz nə olacaq?

 
- Ya üzməyi bacaraqsan, ya da batacaqsan.

 
- Həyatınızdan film çəkilsə adı nə qoyardınız?

 
- Həyatım hələ davam etdiyi üçün filmə ad seçməkdə çətinlik çəkirəm.

 
- İngilis dili dərslərinizə davam edirsiniz?

 
- Vaxtım olmadığı üçün ara vermişəm. Amma gün ərzində ingilis dilində kitablar oxuyub, filmlər izləyirəm.

 
- Müğənni kimi yenidən səhnəyə düşünürsünüz?

 
- Sadəcə dəstək olun, qalanı mənlikdir.

 
- Bir insanın sevmədiyini necə anlaya bilərsiniz?

 
- Onu anlamaq çətin deyil. Gözlərinə baxanda hər şey bəlli olur. Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə, sizi görəndə utanmağa, həyəcanlamağa başlayacaq. Gözlərinizə çox baxa bilməyəcək.

 
- Avtomobil sürməkdən qorxursunuz?

 
- İlk zamanlar avtomobil sürərkən həyəcanlı idim. Amma qorxu hissindən məhrum olduğun üçün qorxmadım.
 
Pravda.az


OXŞAR XƏBƏRLƏR