Səudiyyə şahzadəsi itkin düşüb - Baş verənlərin gizli təfərrüatı açıqlandı

Səudiyyə şahzadəsi itkin düşüb - Baş verənlərin gizli təfərrüatı açıqlandı

Bir neçə ay əvvəl dünya mediası 55 yaşlı Səudiyyə şahzadəsi Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşdüyünü yazıb. Kral Səudun qızı ictimaiyyətin gözü qarşısında itib.

Ancaq bugünlərdə Almaniyanın Deutsche Well televiziya kanalı şahzadənin ev həbsində olduğunu və ya Səudiyyə Ərəbistanında güclə tutulduğunu bildirib.

Onun müalicəsi üçün İsveçrəyə uçmağı planladığını, ancaq sonda gedə bilmədiyi bildirilib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, vəkil, amerikalı Leonard Bennett, "Deutsche Welle"yə verdiyi müsahibədə vəziyyəti bu cür şərh edib :

"Şahzadə bütün radarlardan itib. Heç kim onun harada olduğunu bilmir. Ən pis xəbərin gəlməsindən qorxuruq".

Bennett buna baxmayaraq şahzadə ilə əlaqə qurmağı bacarıb. Onun sözlərinə görə, o, şahzadə ilə girov kimi danışıb.

Qeyd edək ki, şahzadə Basma 1953-1964-cü illərdə ölkəni idarə edən və 115 uşağın atası olduğu güman edilən keçmiş Kral Səudun ən kiçik qızıdır.

 

Yoxa çıxmazdan əvvəl, Basma bint Səud, evdə sosial sahənin, o cümlədən qadınların səlahiyyətlərinin artırılmasının tərəfdarı kimi cəmiyyətdə tanınıb.

Beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıq edib.

Media şahzadənin yoxa çıxmasının onun fəal ictimai mövqeyi və ictimai fəaliyyəti ilə əlaqəli olduğunu irəli sürüb.

"Yuxarıdan əmr etdiklərini edə bilməyən nazirlərimiz var, çünki ortalığa çıxaracaq nəticələr yoxdur. Kasıb adam oğurluq edirsə, üçüncü dəfə o, cinayətdən sonra əlini itirir. Varlı adam eyni şeyi edərsə, heç kim ona heç nə deməz" - deyə şahzadə 2012-ci ildə "İndependent" nəşrinə müsahibədə bildirmişdi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...