Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
18:10 / 12.06.2019
3571
Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb. Hücuma məruz qalan krallığın cənubundakı Abha hava limanıdır.
İlkin məlumata görə, aeroporta zərbəni Yəməndəki Husilər endiriblər. Raketin aeroportun ərazisində düşdüyü bildirilir.
Xəsarət alanlarla bağlı məlumata gəlincə, rəsmi televiziya isə hava limanında ən azı 26 nəfərin yaralandığını bildirir.
Virtualaz