Səudiyyə Ərəbistanı səhrada “gələcəyin şəhərini” inşa etməyə başladı

Səudiyyə Ərəbistanı səhrada “gələcəyin şəhərini” inşa etməyə başladı
Səudiyyə Ərəbistanı "Line” adlı layihə çərçivəsində krallığın şimal-qərbində "NEOM” adlı innovativ şəhərinin tikintisi üçün tunellər çəkməyə başlayıb. Bu barədə layihə rəhbəri Nəzmi əl-Nasr "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Şəhərin planlaşdırılması və tikintisi üçün tələb olunan işlərin bir faizi belə hələ tamamlanmayıb”, - deyə o əlavə edib ki, tikinti planları hələ hazırlanmaqdadır.

Eyni zamanda, əl-Nasrın sözlərinə görə, dövlət yeni şəhərdə artıq 2024-cü ildə ilk sakinləri yerləşdirməyə və turistləri qəbul etməyə planlaşdırır.

Səhrada investisiya potensialı 500 milyard dollardan çox olan meqaşəhərin yaradılması layihəsi 2017-ci ildə elan edilib. Layihə Krallığın "Vision-2030” strateji planının tərkib hissəsi kimi həyata keçirilir və enerji, su ehtiyatları, biotexnologiya, qida sənayesi, rəqəmsal texnologiyalar kimi sahələri əhatə etmək üçün nəzərdə tutulub.

Adı "NEO" (ingiliscə "yeni") sözündən və "müstəkbəl" (ərəbcə "gələcək") sözünün ilk hərfindən əmələ gələn NEOM 26,5 min kvadratmetr sahədə tikilir. Şəhər 1 milyon insan üçün nəzərdə tutulacaq.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR