Səudiyyə Ərəbistanı Sarkisyana niyə qucaq açdı? – Açıqlama

Səudiyyə Ərəbistanı Sarkisyana niyə qucaq açdı? – Açıqlama
Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib.
 
Sfera.az xəbər verir ki, politoloq Asif Nərimanlı xatırladıb ki, bu səfər İrəvan-Ər-Riyad xəttində ilk hadisədir:
 
"Ermənistanın Prezident aparatı bunu "misli görünməmiş hadisə və İrəvan üçün beynəlxalq münasibətlərdə dönüş nöqtəsi” adlandırır. Eyni zamanda ilk sayılan bu səfər Bakının maraqları fonunda da düşündürücüdür. Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsinə görə indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. İndi bu istiqamətdə ilk rəsmi addımın atılmasının təsadüfi deyil. Qarabağ münaqişəsi artıq həll olunub və Ər-Riyad İrəvanla münasibətlərdə maneənin qalmadığını düşünür: İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanının indiyə qədər Qarabağ məsələsində özünü İslam dövləti kimi aparması da unudulmamalıdır”.
 
Politoloq səfərin kökündə dayanan digər səbəbdən də danışıb:
 
"İkinci səbəb isə, Türkiyə faktorudur. Əslində Ər-Riyadın Armen Sarkisyanı qəbul etməsinin arxasındakı siyasi amil Türkiyənin Qafqaza gəlişi və son proseslərdir. Ərəb dünyasında Azərbaycanla bağlı əvvəlki mövqeyin dəyişməsi də ötən ilin Tovuz döyüşlərində və sonrasında Ankaranın Bakıya dəstəyindən sonra açıq şəkildə hiss olunmağa başladı. Səudiyyə Ərəbistanı İrəvana qapı açmaqla Bakıya qarşı balans yaratmağa çalışır.
Münaqişənin başa çatması və regionda Bakı-İrəvan münasibətlərində normallaşma gözləntiləri fonunda Ər-Riyad-İrəvan xəttindəki açılım o qədər də təhlükəli görünməyə bilər. Lakin yenə də rəsmi Bakı bu prosesi həm ərəb dünyasını, həm də "ərəb kapitalı”nı itirməmək baxımından nəzarətdən kənarda saxlamamalıdır”.
 
Əzizə Zeynal  
 

OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...