Səudiyyə Ərəbistanı “neft müharibəsinə” başlayır, qiymət daha da aşağı enəcək

Səudiyyə Ərəbistanı “neft müharibəsinə” başlayır, qiymət daha da aşağı enəcək
 Vyanada OPEC+ formatında aparılan danışıqların uğursuz nəticələnməsinin ardınca Səudiyyə Ərəbistanı RusiyanIı Avropanın neft bazarından vurub çıxarmaq üçün hasilatı kəskin artırmağa hazırlaşır.

"Bloomberg” xəbər verir ki, Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.
Xatırladaq ki, neft hasil edən ölkələr hasilatın azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın müddətini uzada bilməyiblər. Üstəlik Səudiyyə Ərəbistanının dünyada tüğyan edən koronavirus epidemiyasına görə hasilatın daha 1 milyon barrel azaldılması barədə təklifi Rusiya və Qazaxıstan tərəfindən qəbul edilməyib. Nəticədə dünya birjalarında neft kəskin ucuzlaşıb, "Brent” markalı neftin qiyməti 45 dollara qədər aşağı düşüb. Bu, neftin Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş qiymətindən 10 dollar aşağıdır.
"Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı daha sonra hasilatı hətta sutkada 12 milyon barrelə qaldıra bilər. Bundan əlavə Ər-Riyad öz xam neftinin bəzi növlərini bazar qiymətindən 6-8 dollar ucuz təklif etməyə də hazırlaşır. Agentliyə məlumat verən mənbə deyib ki, Səudiyyənin "Saudi Aramco” şirkəti "Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 dollar ucuz təklif edib. Agentliyin söhbətləşdiyi treyderlər deyiblər ki, bu addım Rusiya şirkətlərinə Avropada neft satmağa mane olmaqdır.
Gözlənilir ki, Səudiyyə Ərəbistanının Rusiyaya qarşı bu "neft müharibəsi” dünya bazarında neftin daha da ucuzlaşmasına səbəb olacaq. Doğrudur, Rusiya OPEC+ anlaşmasının uzadılmamasından ildə on milyardlarla dollar itirəcək, amma buna baxmayaraq Rusiya neft şirkətləri hasilatı azaldıb bazardakı mövqelərini itirmək istəmirlər.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...