Səsləri sayarkən ölən MSK üzvlərinin sayı 318 nəfər oldu- FOTO
Dünya
14:59 / 02.05.2019
3184
İndoneziyada aprelin 17-də seçkilər keçirildi. Həmin vaxtdan 2 həftə keçməsinə baxmayaraq, bu gün seçkinin nəticələrindən çox, seçicilərin səslərini sayan işçilərin ölməsi barədə danışılır. Belə ki, seçkilərdən bu tərəfə 318 işçi həyatını itirib, 2232 nəfər isə xəstəxnaya yerləşdirilib.
Eyni anda keçirilən 3 seçkinin səs saylarının hesablanması hələ də başa çatmayıb. Qeyd edək ki, 260 milyon əhalisi olan ölkədə qənaət üçün ilk dəfə prezident, Parlament və bələdiyyə seçkiləri eyni vaxtda keçirilib. Seçkilərdə 193 milyon seçicinin təqribən 80 faizi iştirak edib.
Hər seçici 5 seçki bülleteni doldurmalı idi. Şərqdən qərbə 5 min km-dən çox uzunluğa malik ölkədə 8 saata bu qədər səsin verilməsi və ardınca səs bülletenlərinin əllə sayılması MSK üzvlərinin ölümcül yorğunluğuna gətirib.
245 min namizədin iştirak etdiyi seçkilərdə 7 milyon MSK üzvü iştirak edib. Maliyyə Nazirliyi seçkilərlə bağlı həyatını itirən işçilərin ailələrinə təzminat ödəməyə hazırlaşır. MSK üzvlərinin günü-gündən artan ölümləri ilə əqaləradan Seçki Komissiyası düzgün vəzifə bölgüsü aparmamaqda ittiham edilir.
Qeyd edək ki, ölüm sayının artacağı istisna edilmir. Çünki seçkinin nəticələri mayın 22-də açıqlanacaq.
Səslərin sayılması davam edir.