\"Səsimlə koronavirusa meydan oxuyuram\" — Karantin günlərini kənddə keçirən Gülyanaq

\
Xalq artisti Gülyanaq Məmmədova karantin günlərini ata yurdu Şəkidə keçirir.
 

Sfera.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi Novruz bayramından bəri həyat yoldaşı və uşaqları ilə birgə doğulduğu Böyük Dəhnə kəndində olduğunu deyib:
"Bayramda anamı görmək, həm də atamın, yeznəmin məzarını ziyarət etmək üçün kəndimizə gəldim. Karantin elan olundu, qaldıq burda, qayıda bilmədik. Amma onlayn şəkildə tələbələrimə dərs keçirəm. Düzdür, internet zəif olduğu üçün başıma oyun açdı. Bir buna buna görə yoruldum, bir də uşaqlarımın dərsinə görə.Yoxsa ki, kənd yeri, təmiz hava, geniş həyət-baca, anam da yanımda. Ananın yanında necə darıxmaq olar? Bütün günü dayanmıram, kəndin işi çox olur. Oxumağımdan da qalmıram, səsimlə koronavirusa meydan oxuyuram, o məni susdura bilməz. Bildiyim qədər Şəkidə virusa yoluxan olmayıb, çox şükür. Hamı karantin rejiminə əməl edir”.

OXŞAR XƏBƏRLƏR