Səs yazısında adı keçən Altay Ələkbərov: \"Nərminin yandırıldığı yerlə mənim evimin arasında...\"

Səs yazısında adı keçən Altay Ələkbərov: \
"Mən xahiş edirəm o xəbərlərin əsaslı və ya əsassız olduğunu təyin etmək üçün kəndə gələsiniz. Buyurun, gəlin, evimi çəkin. Mən nə lazımdırsa göstərməyə hazıram.  Kiminsə məni əsassız, sübutsuz yerə ittiham etməyə haqqı yoxdur. Məni ancaq müvafiq orqanlar ittiham edə bilər".
 
Sfera.az bildirir ki, bu sözləri news24.az-a açıqlamasında Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında adı çəkilən Altay Ələkbərov deyib. Haqqında yayılan xəbərlərin əsassız olduğunu deyən A.Ələkbərov onun nə zirzəmisi, nə də ikinci evi olmadığını bildirib: "Belə şeylərlə ciddi məşğul olunmalıdır. Həqiqətləri bilmək üçün bura gəlməyiniz gərəkdir. Siz istəsəniz də, mənim hansı vəziyyətdə olduğumu bilə bilməzsiniz. Yaşanan hadisənin ailəmizə necə pis təsir göstərdiyini anlaya bilməzsiniz. Nərminin yandırıldığı yerlə mənim evimim arasında 1 kilometr və 22 ev qədər məsafə var. Deyir, onu arabada aparmışam. Belə şey ola bilər? Hansı axmaq o qədər məsafədə taqqa-taq nəsə aparar? Bunları danışan kənddə hər kəsi söyən, 
təhqir edən adamdır. Onun adına 10 cinayət işi açılıb. O yalandan insanları işə düzəltmək adı ilə aldadıb. Əgər, bu sözləri tutarlı insan desəydi, mən dizi üstdə sürünə-sürünə gələrdim, mediayaya yalvarardım ki, açıqlama verim”. 

Altay Ələkbərov söhbət əsnasında üstündə silahla gəzməsi haqda deyilənlərə də aydınlıq gətirib: "Sizcə, bu necə ola bilər? Mən qoçuyam bəyəm silahla gəzim? Bu ölkənin qanunu, hüquq-mühafizə orqanları var. Kimə belə gəzməyə icazə verərələr? Nə silah, nə sataşma? Namusumuzla, qeyrətimizlə yaşayan ailəyik”.
 
A.Ələkbərov sözügedən səs yazısında adı çəkilən digər iki şəxsi - Ələkbərov Asif Əkbər oğlunu və Rzayev Vüsal Tərlan oğlu adlı adamların hazırda Dondar Quşçuda olmadığını da qeyd edib: "Qabilin videoda adlarını çəkdiyi insanlar heç bu kənddə yaşamırlar. İlkin Süleymanovu isə yaxından tanımıram. İlkin kim, mən kim? Onun 47, mənimsə 37 yaşım var. Ancaq bilirəm ki, özünəqapalı şəxsdir, kəndçimizdir. Aramızda yaş fərqi var. Mənim onunla nə münasibətim ola bilər? Koskocaman adamdır. Onun haqqında məlumatlar verilib”.
 

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...