Səs tutulmasından necə xilas olaq? - TƏBİİ üsullar

Səs tutulmasından necə xilas olaq? - TƏBİİ üsullar

Əsasən soyuq aylarda səs telləri iltihablaşır. Bu da insanın səsinin qismən yaxud da tam batması ilə nəticələnir. Bunun səbəbi boğaz və udlaq iltihabı, həm də bərk danışmaq ola bilər.

Sfera.az medicina.az-a istinadən bildirir ki, əgər faringit 2 həftədən uzun davam edərsə, səbəbi mütləq araşdırılmalıdır. Həkimlərin fikrinə görə, xəstəliyin ən çox rast gəlinən növü olan reflyuksdur. Bu, mədə tərkibindəki turşu və bənzəri həzm fermentlərinin qida borusuna düşməsi ilə ortaya çıxır və yemək borusunun üst hissəsindən keçərək boğaza təsir edir. Bu vəziyyətin səs tellərinə zərər verməsi xroniki faringitə səbəb olur. Xroniki faringit reflyuksdan başqa səs tellərindəki sinir zədələri, yaralar, poliplər və ya düyünlü zob kimi daha ciddi problemlərə bağlı olur.

Faringit çox zaman burun axması ilə müşahidə olunur . Xroniki faringit, sinusit , tonzilit dişlərin kariesi fonunda inkişaf edir. Siqaret çəkmək, spirtli içkilər, peşə zərərləri (toz, qaz) faringitin inkişafında xüsusi rola malkdir.
Maddələr mübadiləsi xəstəlikləri, ürək-damar sistemində durğunluq, qanyaradıcı vəzlərin xəstəlikləri də faringit səbəbləri arasındadır.

Simptomlar:

-Udlağın selikli qişasının irinli ərplə örtülməsi

-Udlaq follikullarının parlaq qırmızı dənələr şəklini alması

-Dilin ödəmi, hiperemiyası

-Udlaqda quruluq

Faringitin diaqnozu xəstənin vəziyyəti və fiziki müayinə ilə qoyulur. Müayinədə iltihabı reaksiyanı görmək üçün qulaq, burun və boğazın müayinə edilməsi lazımdır. Səs problemləri standart müalicələrlə 2 həftə ərzində müalicə olunur.

Səs telləri zədələndikdə onu təbii yollarla müalicə edə bilərsiniz:

 

-2-3 qaşıq kəklikotunu suda qaynadıb, ağız və burunu bir neçə dəfə onun buğuna tutmaq xeyirlidir.

-Qərənfil gülünü dəmləyib içdikdə səs telləri açılır.

-Xoruldamanın qarşısını almaq üçün bir neçə gün yatmazdan əvvəl 5-6 damcı bənövşə yağını buruna tıkmək məsləhətdir.

-Əvəlik ilə südlü sıyıq bişirib 2-3 gün yemək lazımdır.

- Yatmazdan əvvəl boğazınıza az miqdarda kamfora yağı çəkin və isti yun şərflə bağlayın.

-Yuxudan əvvəl ayaqlarınıza xardal əlavə olunmuş isti vanna edin və isti yun corab geyinin.

-1 stəkan isti südə 1 çay qaşığı kərə yağı və 1 çay qaşığı bal əlavə edin, yağ əriyənə qədər yaxşı qarışdırın və için.


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....