Sərxoş sürücü yol polisini vurub qaçdı - ANBAAN VİDEO

Sərxoş sürücü yol polisini vurub qaçdı - ANBAAN VİDEO
Bakı şəhərində yol polisi əməkdaşının avtomobillə vurulmasını əks etdirən görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib. 

Polis sürücüyə "saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə, sürücü polisi vuraraq ərazidən qaçıb. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza açıqlamasında bildirib ki, həmin şəxs artıq saxlanılıb:

"Yol polisi əməkdaşını maşınla vurub qaçan Məmmədov Şirxan Alik oğlu sərxoş olub”.

Polis mayoru əlavə edib ki, həmin şəxs davamlı qayda pozuntuları edərək, paytaxt ərazisində asayişi pozub:

"Yol polisi əməkdaşları həmin şəxsin törətdiyi əməlin qarşısını almaq üçün bunu ediblər ki, daha ağır hadisələr baş verməsin”.
 

 

OXŞAR XƏBƏRLƏR