Serxio Ramos \"Liverpul\"da çıxış edə bilər

Serxio Ramos \
İspaniya "Real Madrid"inin futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Sfera.az  "El Chiringuito"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Liverpul"un maraq dairəsinə düşüb.

Əsas oyunçularının zədələnməsi səbəbindən problə üzləşən Mersisayd təmsilçisi Ramosu heyətinə qatmaq niyyətindədir.

"Qırmızılar" hazırda Vircil van Deyk və Cosef Qomesin xidmətindən yararlana bilmir.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. Kapitan 2005-ci ildən Madrid klubunun formasını geyinir.

OXŞAR XƏBƏRLƏR