“Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlu məhkəməyə verildi

“Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlu məhkəməyə verildi
"Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı, tikinti maqnatı İsfəndiyar Axundovu məhkəməyə verib.
 
Sfera.az xəbər verir ki, işlə bağlı cavahdeh qismində sahibkarın oğlu Mehti Axundovun rəhbərlik etdiyi "Stil Tikinti” Mənzil-Tikinti Kooperativi, eləcə də fiziki şəxs İlqar Abışov çıxış edir.

Bundan başqa, ABB lisenziyası 2009-cu ildə ləğv olunmuş və hələ də, ləğv prosesində olan "Debüt Bank” ASC-ni, eləcə də Bankın məxsus olduğu keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribovu məhkəməyə verib.

Hər iki iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İşlər hazırda müvafiq olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsindədir. Hakimlər müvafiq olaraq Nigar Nəbizadə və Vafəddin İbayevdir. // "Report"


OXŞAR XƏBƏRLƏR

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...