Sərtləşdirilmiş karantin dövründə \"Yaşma bağları\"nda yaşayanların suyu kəsildi - ŞİKAYƏT

Sərtləşdirilmiş karantin dövründə \
 "Yaşma bağları" yaşayış massivinin suyu növbəti dəfə, həmdə sərt karantin dövründə kəsilib.

Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, "Yaşma bağları" yaşayış massivinə verilən su artıq bir həftədən çox müddətdir ki, kəsilib.

"Karantinin sərtləşdirildiyi bu vaxtda, insanların gigiyenik baxımdan təmiz olması üçün suya bu qədər çox ehtiyyacı olduğu bu günlərdə, massivə verilən kanal suyu da kəsilib. Bundan əvvəl də demişdik, burada əsas problem suyun verildiyi borulardadır. Məsə bundadır ki, 2019-cu ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və sovet dövründən qalma köhnə boruların yarısını kanalizasiya suları üçün nəzərdə tutulmuş nazik borularla əvəzlədilər. Bu borularsa o qədər nazikdir ki, suyun təzyiqi bir balaca yüksək olan kimi, üstündən mal-qara və ya avtomobil keçən kimi partlayır. Dəyişdirilən dəmir borular sovetdən qalma, köhnə və çürümüş olsa da, hər dağıldıqda özümüz düzələldib çətinliklə də olsa suyumuzu götürürdük. Amma indi problemimiz daha da böyüyüb və biz həll edə bilmirik. Qalmışıq pandemiyanın bu qızğın dövründə susuz. Yaydır, insanların, bağ-bostanın suya daha çox ehtiyyacı olan bu vaxtda susuz qalmaq çox çətindir".
 
Vətəndaşların dediyinə görə, borular 2019-cu ildə dəyişdirilərkən, müvafiq qurumdan onlara bildirilib ki, "Yaşma bağları" massivinin su problemini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Növbəti dəfə suyu kəsilən sakinlər fonda müraciət edib, amma məlum olub ki, bu məsələdən fondun xəbəri yoxdur:

"Görünür burada yaşayan 2 minə yaxın sakinə ümid vermək üçün fondun adından istifadə olunub. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinə növbəti dəfə müraciət etdik, hətta müraciətimizə cavab almadığımıza görə yolu da kəsdik. İcradan gəlib dedilər ki, anlaşılmazlıq olub. Su probleminin həll olunacağına dair söz verib getdilər. Bu qədər sakinin məşğul olduğu bağçılıq təsərüfatı susuzluqdan məhv oldu. İndi isə pandemiya dövrüdür və suyumuz təkrar kəsilib, məcburuq oturub gözləyək, amma necə"? 
 
Çıxış yolu axtarmaq məcburiyyətində olan sakinlərin dediyinə görə, SŞİH-dən onlara bildirilib ki, bu dəfə suyu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti kəsib:

"Biz, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə də müraciət etdik və məlum oldu ki, quruma suyun kəsilməsi ilə bağlı tapşırığı elə SŞİH-i özü verib. Səbəb isə boruların dağıldığına görə suyun yeni çəkilən asfalt yola axmasıdır. Düzdür, su həqiqətən də yolu basmışdı, ancaq çıxış yolu burada yaşayan bu qədər insanı susuz qoymaq deyil, boruların təmir olunmasıdır". 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın nümayəndəsi Dilqəm Şərifovla laqə saxladıq. D.Şərifov bildirdi ki, bu əraziyə konkret cavabdehlik daşıyan qurum olmadığına görə problem açıq olaraq qalmaqdadır:
 
"Hər dəfə su borularında problem yarandıqca vətəndaşlardan bizə müraciət daxil olur ki, suyu kəsin borular təmir olunsun. Biz də müvəqqəti olaraq suyu kəsirik, suyun kəsilmə səbəbindən də digər sakinlər xəbərdar olmur və deyirlər su kəsildi. Bizə nə vaxt təkrar müraciət daxil olursa ki, artıq borular təmir olunub, suyu o zaman təkrar veririk. Sonra isə vətəndaşların bizə olan təkrar müraciətindən məlum olur ki, borular təmir olunmayıb. Massiv balansımızda deyil, amma buna baxmayaraq biz dəfələrlə SŞİH-dən nümayəndələr dəvət edib məsələni müzakirəyə çıxarırıq. "Yaşma bağları"ndaki vəziyyət, köhnə boruların yenilənməsi ilə bağlı bütün problemlər söylənilir. Amma yaşayış massivi heç bir qurumun balansında olmadığına görə, problem olduğu kimi də qalır”.

D.Şərifovun dediyinə görə, "Yaşma bağları”na iki xətt üzrə su verilir və bu xətlər üzrə suyun verilməsi yenidən bərpa olunub.
 
Qeyd edək ki, Sumqayıt şəhər "Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da "Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

Susuz qalan sakinlərin sualına cavab tapmaq üçün, problemlrini növbəti dəfə işıqlandırmış olduq. Ümid edirik müvafiq qurumların bu insanlara verməyə cavabı və suları var. 

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...