“Sərt karantinə nə ehtiyac var, onsuz da…” – Adil Qeybulla

“Sərt karantinə nə ehtiyac var, onsuz da…” – Adil Qeybulla

"İndiki halda karantin qaydalarının sərtləşdirilməsi heç bir effekt verməyəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri pandemiyanın kəskinləşməsilə yenidən sərt karantin rejiminə keçidin vacibliyi ilə bağlı təklifləri dəyərləndirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:


"Əhalinin böyük əksəriyyəti, 70 faizi xəstələnib. Onsuz da kollektiv immunitetə doğru gedirik.Sadəcə olaraq, karantin davranışlarına ciddi fikir verməliyik. İnsanlar karantin rejiminə düzgün əməl etməli, maska taxmalı, ondan düzgün istifadə etməlidir.

 

Həmçinin məsafənin gözlənilməsi də öz aktuallığını saxlayır. Qapalı mühitə daxil olanda və çıxanda əlləri dezinfeksiya etmək lazımdır. Bu rejimi pozanlar cəzalandırılmalıdır”.


Həkimin fikrincə,indiki dövrdə evə qapanmalar, sms icazələr insanlarda psixoloji problemlər yaradır:

 

"Ona görə də rejimin sərtləşdirilməsinin faydası olmayacaq. Onsuz da infeksiya pik dövrünü keçəndən sonra enmə baş verəcək. Bir müddətdən sonra enmə halı özünü göstərəcək”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR