Şərqi Zəngəzur və Qarabağ regionunun iqtisadi imkanları açıqlandı

Şərqi Zəngəzur və Qarabağ regionunun iqtisadi imkanları açıqlandı
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının iqtisadi və demoqrafik mənzərəsi ilə bağlı xüsusi nəşr hazırlayıb. Nəşrdə rayonların ərazisi, əhalisi, eyni zamanda nəqliyyat infrastrukturu - əsas avtomagistral yolları, mövcud və layihələndirmə-bərpa mərhələsində olan dəmiryol xətləri və hava limanları, mineral resurslar və dağ-mədən sənayesi, ərazilərin turizm imkanları haqqında məlumatlar əksini tapıb. 

Sfera.az xatırladır ki, yeni iqtisadi rayonlar 2021-ci ilin iyulun 7-də Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. 

Qarabağ iqtisadi rayonununa 9 şəhər və rayon daxildir, ərazisi 8,99 min kvadrat kilometrdir. Şərqi Zəngəzur iqtisadi rayonuna isə 5 rayon daxildir, ərazisi 7,47 min kvadrat kilometrdir. 

Qarabağda 904,5 min insan qeydiyyatdadır. 2009-cu illə müqayisədə burada əhali sayı 101,6 min nəfər artıb. Əhalinin 418,2 min nəfəri iqtisadi fəal insanlardır ki, onların da 392 mini məşğul əhalidir. Məşğul əhalinin 67,7 mini muzdla işləyənlərdən ibarətdir. 

Qarabağ qum-çınqıl, mişar daşı, sement xammalı, kömür, mis və mineral sularla zəngindir. Bu regionda çoxlu tarixi, mədəni və dini abilər mövcuddur. Region mədəni və eko turizmin inkişafı üçün əlverişlidir.

Şərqi Zəngəzur iqtisadi rayonunda 343,5 min insan qeydiyyatdadır. 2009-cu ilə nisbətən burada əhali sayı 48,1 min nəfər artıb. Bu regionda iqtisadi faəl əhalinin sayı 171,8 min, məşğul əhalinin sayı 157 mindir. Məşğul əhalinin 22,5 min nəfəri muzdla çalışanlardır. 

Şərqi Zəngəzur qızıl, gümüş, mis, civə, digər əlvan metallarla, kükürd və tikinti materialları xammalı ilə zəngindir. Şərqi Zəngəzur iqtisadi rayonunu fərqləndirən əsas xüsusiyyətlərdən biri də bu regionun heyvandarlığın inkişafı üçün əlverişli olmasıdır. Proqnoza görə burada 191,5 min baş iribuynuzlu, 731 min baş xırdabuynuzlu heyvan saxlanılacaq. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR