Sərnişinlərin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Sərnişinlərin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi
Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib. 

Dəyişikliyə əsasən, 51 və 57 nömrəli marşrutlar, X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi - Aşıq Ələsgər küçəsi - Ukrayna dairəsi ilə hərəkət edəcək.

M1,M2,M6,43  nömrəli  marşrutlar isə "Həzi Aslanov” metro stansiyası istiqamətində Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə hərəkət edəcək.

104 nömrəli müntəzəm marşrut "Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi ilə geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkət edəcək.

11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi - Vunqtau küçəsi - Gəncə prospekti - Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi ilə hərəkəti müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...