Karantin postlarından 50 manata adam keçirən "polis" tutuldu - DİN təfərrüatları açıqladı

Karantin postlarından 50 manata adam keçirən

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci, yəni dələduzluq maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

OXŞAR XƏBƏRLƏR

Elmar Məmmədyarov “istefa verəcəksiniz?” sualını BELƏ CAVABLANDIRDI

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Sfera.az&...

“Baş nazirin qərarı yanlış anlaşılıb...” – Təhsil haqları artırılırmı?

"Təhsil xərcləri nə qədər artırılsa belə təhsil haqları bahalaşmayacaq”. Sfera.az-a açıqlamasında bu sözləri ali təhsil müəssisələrində təhsil xərclərin...

Məşhur diplomat XİN-i tərk etdi – ABŞ-a köçdü

XİN-nin məşhur diplomatı nazirliyi tərk edib ABŞ-a köçüb. Sfera.az xəbər verir ki, söhbət Azərbaycanın məşhur muğam ustası Səxavət Məmmədovun oğlu Bəxt...

ELMARIN 17 ANI - Məmmədyarovun baharını qışa çevirən səbəblər

Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici siyasət institutuna rəhbərlik edir. Nazir postunda olduğu müddət ərzində ən sərt polemikalar zamanı belə y...

Özəl məktəblər pandemiya dövründə pul tələb edə bilməz - Şagirdlərin sənədləri girov saxlanır

Pandemiya dönəmində özəl məktəblərin fəaliyyəti, təhsil və ödəniş məsələləri ilə bağlı dəfələrlə araşdırma aparan Sfera.az bu dəfə sözügedən mövzu ilə bağlı t...

Yasamal bələdiyyəsinin vəzifəlisi həbs edildi – 3 min manata qəbir yeri satırmış

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiya...