Sərnişinləri 50 manata rayonlardan Bakıya kimlər və necə daşıyır? – Ekspertdən və Yol Polisindən AÇIQLAMA

Sərnişinləri 50 manata rayonlardan Bakıya kimlər və necə daşıyır? – Ekspertdən və Yol Polisindən AÇIQLAMA

"Yaranmış vəziyyətdə rayondan Bakıya gələn taksilərdə qiymətlərin həddən artıq qaldırılması təbii proses olmaqla yanaşı, həm də bir sıra məqamlarda sui-istifadə halları kimi dəyərləndirilməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri rayonlardan Bakıya bir nəfərin taksilərlə fantastik qiymətə - 50 manata gətirilməsi iddialarına münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.


O bildirib ki, bu qiymət artımı karantin rejimində kimlərinsə sui-istifadəsi ilə bağlıdır: "Belə iddiaları mən də eşitmişəm. Rayondan əhalinin taksilərlə Bakıya gətirilməsinin 50 manata qaldırılması birmənalı olaraq karantin rejiminin tətbiqilə bağlıdır. Rayonlardan əhalinin paytaxta gəlməsinə icazə verilmir. Bu səbəbdən də marşurut avtobusları, Bakıdan kənara gedən qatarlar işləmir. Taksi sürücülərinə də məhdudiyyət var. Ancaq fərqlənmə nişanı olan taksilər işləyə bilər. Görünür, yaranmış vəziyyətdən kimlərsə sui-istifadə edib gediş qiymətini qaldırır. Hər zaman hansısa bir məhdudiyyət yarananda qiymətləri belə qaldırmağa başlayırlar. Yaxşı olardı ki, taksi sürücüləri müəyyən çətinliyi nəzərə alıb qiymətləri insafla qaldırardılar. Nəzarət orqanları isə imkan daxilində tədbir görməlidir ki, belə sui-istifadə halları olmasın".


Ekspert burada başqa incəliklərin olduğunu da söylədi: "Polis əməkdaşları pandemiya səbəbilə həmin sürücülərdən tələb edir ki, avtomobilə iki nəfərdən artıq sərnişin almasınlar. Belə vəziyyətdə əvvəllər 4 sərnişinlə bir reys edən sürücü indi cəmi iki sərnişin gətirir. Bu müstəvidə vaxt itkisi və az sərnişin götürülməsi tələbi fonunda qiymətin qaldırılması təbiidir”.

 

"Bizə aid deyil”

Bunu isə sayta açıqlamasında BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirdi: "Onunla bağlı nə deyə bilərik ki? Fərdi sahibkarlıqla məşğul olan şəxsin qiymətqoyma məsələsinə müdaxilə edə bilmərik. Bu səlahiyyətimizə aid məsələ deyil”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...