Sərnişinlərə şad xəbər: Bu şəhərdən Bakıya yeni aviareys açıldı
14:45 / 14.11.2019
2847
Rusiyanın "Smartavia” şirkəti Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya müntəzəm reyslər keçirməyə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Trend”ə şirkətin mətbuat xidmətindən məlumat veriblər.
Reyslər bu gündən başlayaraq həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Uçuşların cədvəli 2020-ci ilin martınadək tərtib olunub.
Reysin qiyməti 342.55 AZN göstərilir.